Home » ƏƏSM Nazirliyin e-xidmətlərinə yanvar ayında 254 min müraciət qeydə alınıb

ƏƏSM Nazirliyin e-xidmətlərinə yanvar ayında 254 min müraciət qeydə alınıb

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk ayında 254 min müraciət qeydə alınıb.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 810,4 min dəfə istifadə olunub.

Sosial ödənişlər üzrə 24,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 42 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən də daxil olan sorğularla birgə  yanvar ayında ümumilikdə Nazirliyin informasiya bazalarına 43 milyon e-sorğu və müraciət qeydə alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.