Home » Əli Məsimli: Fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə dəstək verilməlidir

Əli Məsimli: Fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə dəstək verilməlidir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Fermerlərə intensiv yağışlar nəticəsində dəymiş ziyanın qarşılanması məqsədilə aqrar sığorta sisteminə əlavə vəsaitlərin ayrılması vacibdir.

Bu fikri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Əli Məsimli səsləndirib.

Deputat bildirib ki, son aylarda yağan intensiv yağışlar həm Bakıda, həm də bölgələrdə ciddi fəsadlara səbəb olub. Onun sözlərinə görə, may ayında xüsusilə Şəki-Zaqatala iqtisadi rayonunda, o cümlədən Şəki və Qax rayonlarında təsərrüfatlara əhəmiyyətli ziyan dəyib.

“Yağışlar həm fındıq və taxıl sahələrinə, həm də tərəvəz məhsullarına ciddi zərər vuraraq onların bir hissəsini yararsız hala salıb”, – deyə deputat qeyd edib.

Ə.Məsimli vurğulayıb ki, Aqrar Sığorta Fondu bu istiqamətdə mühüm işlər həyata keçirir və onun fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bununla belə, dəymiş ziyanın həcmi ilə aqrar sığortanın maliyyə imkanları müqayisə olunduqda əlavə dəstəyə ehtiyac olduğu görünür.

Deputat hesab edir ki, mövcud sığorta vəsaitləri ilə yanaşı, əlavə maliyyə resurslarının da sığorta mexanizmləri vasitəsilə ayrılması məqsədəuyğundur.

O, həmçinin yerli qurumların fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib. Lakin qeyd edib ki, növbəti intensiv yağıntılar zamanı eyni problemlər yenidən ortaya çıxır.

“Əgər yerli strukturlar öz səlahiyyətləri çərçivəsində məsələləri həll edirsə, bu təqdirəlayiqdir. Ancaq körpülərin uçması və digər iri infrastruktur problemlərinin aradan qaldırılması mərkəzləşdirilmiş qaydada və əlavə vəsaitlərin ayrılması ilə mümkündür”, – deyə deputat əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.