Home » EMTA “EU4Energy” proqramının II mərhələsinin yekun regional konfransında təmsil olunub

EMTA “EU4Energy” proqramının II mərhələsinin yekun regional konfransında təmsil olunub

by anar
0 comments 1 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova Brüsseldə keçirilmiş “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsinin yekun regional konfransı çərçivəsində “Şərq tərəfdaşlığı regionunda enerji sahəsində islahatlar, davamlı enerji inkişafında çağırışlar və imkanlar” mövzusunda panel müzakirələrində iştirak edib.

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən təşkil olunmuş tədbirin məqsədi qeyd olunan layihənin həyata keçirilməsindən əldə edilən nailiyyətləri və təcrübəni müzakirə etmək, həmçinin enerji sahəsində gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək olub.

Konfrans çərçivəsində enerji tənzimləmə mühitinin təkmilləşdirilməsi, Şərq tərəfdaşlığı ölkələrində dekarbonizasiya, enerji keçidi və bazar inteqrasiyası,  eləcə də səmərəli və davamlı istilik təchizatı, enerji sektorunda kibertəhlükəsizliyin əhəmiyyəti müzakirə edilib. Bununla yanaşı, “EU4Energy” proqramının III mərhələsinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.