Home » Energetika nazirinin müavini “Cənubun Səsi Sammiti 2023” adlı tədbirdə çıxış edib

Energetika nazirinin müavini “Cənubun Səsi Sammiti 2023” adlı tədbirdə çıxış edib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika nazirinin müavini Kamal Abbasov Hindistanın “Böyük İyirmilik” (G20) qrupuna sədrliyi çərçivəsində təşkil olunmuş “Cənubun Səsi Sammiti 2023” adlı tədbirdə virtual formatda iştirak edib.

Nazir müavini “Enerji təhlükəsizliyi və inkişaf: Rifahın yol xəritəsi” adlı sessiyada çıxışı zamanı bildirib ki, tarixin ən mürəkkəb enerji böhranının yaşandığı, enerji təhlükəsizliyi təminatının qlobal gündəliyin əsas məsələsinə çevrildiyi, enerji ixracı və idxalı ilə bağlı ölkələrarası münasibətlərin yeniləndiyi bu dövrdə Azərbaycan nəinki sabit enerji təchizatçısıdır, eyni zamanda qlobal enerji təhlükəsizliyinə töhfələrini artıran etibarlı tərəfdaşdır: “Bu gün Azərbaycan öz enerji müstəqilliyini möhkəmləndirməklə bərabər tərəfdaşlarının enerji balansını neft, təbii qaz və elektrik enerjisindən əlavə yaşıl mənbələrlə də şaxələndirəcək strateji addımlar atır. Ölkəmiz təsdiqlənmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı ilə Cənub Qaz Dəhlizinin, quruda 27 QVt, dənizdə 157 QVt bərpa olunan enerji resursları sayəsində “Yaşıl enerji” dəhlizinin mənbəyi olmaqla yanaşı, enerji sahəsində qlobal əməkdaşlıq formatlarının təşəbbüskarıdır”.

Çıxışda, həmçinin Azərbaycanın beynəlxalq arenada oynadığı rolun əsasında məhz rasional enerji təhlükəsizliyi siyasətinin dayandığı bildirilib. Bu gün Azərbaycanın hər hansı bir ölkə və ya enerji resursundan asılılığının olmadığı, regional və Avropa bazarlarına çıxışının olduğu vurğulanıb.

Nazir müavini onu da qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənir.

Qeyd edək ki, açılışında Hindistanın Baş naziri Narendra Modinin çıxış etdiyi Sammit 2 gün ərzində ümumilikdə 10 sessiyadan ibarət olub və dünyanın 120-yə yaxın ölkəsindən nümayəndələri bir araya toplayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.