Home » Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək olub

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək olub

by bbnadm
0 comments 0 views 0 minutes read

 Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.  Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312  206,13 manat pul  vəsaiti köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.