Home » Energetika Nazirliyi və Dünya Bankı arasında görüş keçirilib

Energetika Nazirliyi və Dünya Bankı arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

Energetika Nazirliyi və Dünya Bankı arasında davam edən uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edilib, birgə həyata keçirilən layihələrin icra vəziyyəti, həmçinin bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazirliklə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi potensialının qiymətləndirilməsi və bu enerjidən istifadə sahəsində yol xəritəsinin işlənib hazırlanması istiqamətində görülən işlər müzakirə edilib, birgə əməkdaşlıq səylərinin Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafına, eləcə də atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.