Home » Energetika Nazirliyində İctimai şura üzvləri ilə görüş keçirilib

Energetika Nazirliyində İctimai şura üzvləri ilə görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika nazirinin müavini Elnur Soltanov nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşüb.

Görüşdə İctimai şura üzvləri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də COP29 beynəlxalq konfransının cari ilin noyabrında ölkəmizdə təşkili kontekstində yaşıl enerji və enerji səmərəliliyi sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlərlə bağlı öz dəstəklərini ifadə ediblər. Nazir müavini bu istiqamətdə görülən işlərlə bağlı ümumi məlumat verərək İctimai şura tərəfindən müvafiq sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb və fəaliyyətlərinin davamlı olmasını dəstəkləyib.

Görüşdə, həmçinin ənənəvi və bərpa olunan enerji sahələrində görülən işlərlə bağlı rəy və təkliflər dinlənilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.