Home » Ermənistanda üzüm istehsalçıları müflisləşirlər

Ermənistanda üzüm istehsalçıları müflisləşirlər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin təsiri artıq iqtisadiyyatının bütün sahələrində özünü göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən (Sputnik Армения və s.) bildirir ki, artıq bu ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır. Belə ki, Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə mənfi təsir göstərib. Bunun nəticəsində üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar.

 Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0.18$) və ya ondan da daha aşağı qiymətə alırlar. Alternativ satış imkanı olmayan fermerlərdə isə emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdular və onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər.

  Qeyd edək ki, ötən il Yerevan Konyak Zavodu üzümün bir kiloqramın topdan 140-150 drama alırmış. Bu isə o deməkdir ki, müharibənin də təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb və Ermənistan fermerləri ciddi şəkildə zərərlə başa vurublar. Bu isə həm də ondan xəbər verir ki, emal müəssisələrinin tam gücü ilə işləməməsi səbəbindən növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalma ola bilər.

 Məlumat üçün bildirək ki, 2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib. Göründüyü kimi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirlər bu ölkənin iqtisadiyyatını çökdürməkdədir. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edirlər və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.