

ABŞ Federal Ehtiyat Sistemi (FED) may iclasında faiz dərəcələrini dəyişməyib.
BBN.az xəbər verir ki, iki gün davam edən iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (Fed) əsas faiz dərəcəsini dəyişməyərək 4,25–4,50% aralığında saxlayıb.
Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların orta gözləntisi də məhz bu faiz aralığının qorunacağı yönündə idi.
Fed rəsmiləri ardıcıl üçüncü dəfə faiz dərəcələrini sabit saxlayarkən, həm inflyasiyanın yüksəlməsi, həm də işsizliyin artması riskinə diqqət çəkdilər.
Qərar mətnində belə deyilir: “İqtisadi mənzərəyə dair qeyri-müəyyənlik daha da artıb. Komitə, ikili mandatının hər iki istiqaməti üzrə – həm məşğulluq, həm də qiymət sabitliyi ilə bağlı – riskləri nəzərə alır və həm yüksək inflyasiya, həm də artan işsizlik risklərinin mövcudluğunu qiymətləndirir.”