Home » Fed-in faiz endirimi kriptovalyuta bazarını canlandırdı – Bitcoin 117.750 dollara yüksəldi-EKSKLÜZİV

Fed-in faiz endirimi kriptovalyuta bazarını canlandırdı – Bitcoin 117.750 dollara yüksəldi-EKSKLÜZİV

Elnur Quliyev: “Faizlərin azalması investorları riskli aktivlərə, xüsusilə də kriptovalyutalara yönəldir”

by Zeyneb
0 comments 7 views 1 minutes read

Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri Elnur Quliyev BBN.az-a eksklüziv açıqlaması

17 sentyabrda ABŞ Federal Ehtiyat Sistemi (FRS) tərəfindən faiz dərəcələrinin 0.25 faiz endirilməsi kriptovalyuta bazarı üçün mühüm makroiqtisadi siqnaldır. Faiz dərəcələrinin azalması dolların gəlirlilik potensialını zəiflədir və investorları alternativ, daha riskli aktivlərə yönəldir. Bu kontekstdə kriptovalyutalar yüksək gəlirlilik profili ilə daha cəlbedici investisiya vasitəsinə çevrilir.

Elnur Quliyevin sözlərinə görə, kriptovalyutalar ayrıca aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx əlaqəlidirlər. Buna görə də FRS-in faiz endirimi böyük ehtimalla kriptovalyuta bazarının əsas barometri olan bitkoinin dəyər qazanması ilə müşahidə olunur:

“Faiz dərəcəsinin aşağı salınması ilə bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bu isə iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara daha ucuz maliyyə resursları əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara, o cümlədən kriptovalyutalara investisiya etməyə təşviq edir. Bitkoinin dəyər qazanması isə ümumilikdə altkoinlərin qiymətlərinin qalxmasına birbaşa təsir edir”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, FRS-in növbəti aylarda faizləri azaltmaq istiqamətində qərar qəbul etməsi halında kriptovalyutaların qiymətinin qalxacağı birmənalıdır:
“Faizlərin azalması qısamüddətli volatilliyi artıra bilər, lakin strateji baxımdan bu, kriptovalyuta bazarı üçün müsbət katalizator rolunu oynayır. Burada təkcə monetar siyasət yox, həm də tənzimləyici mühit və qlobal investor davranışları həlledici olacaq”.

Qərardan dərhal sonra kriptovalyuta bazarında ciddi artım müşahidə edilib. Bitcoin 117.750 dollara, Ethereum 4.650 dollara, Solana 246 dollara, BNB 1000 dollara, Ripple isə 3.1 dollara qədər yüksəlib. Kriptovalyuta bazarının ümumi kapitalizasiyası isə 4.1 trilyon dolları keçib.

Elnur Quliyev bildirib ki, aşağı faiz dərəcəsi riskli aktivlərin qiymətləri üçün güclü müsbət katalizator olaraq qalmaqda davam edir və investorların kriptovalyutalara marağı daha da artacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.