

ABŞ Mərkəzi Bankının (FED) sentyabr iclasının vaxtı açıqlanıb.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, Komitə tərəfindən qərarlaşdırılıb ki, növbəti iclas çərşənbə axşamı, çərşənbə günü, daha dəqiq sentyabrın 19-u və 20-də keçiriləcək.
Əlavə edək ki, FED-in daha əvvəlki iclasında Sədr Jerome Powell qeyd etmişdir ki, hədəfə çatana qədər davam edəcəyik. Ancaq hazırda bir sual iqtisadçıları maraqlandırır, Mərkəzi Bank inflyasiyanı aşağı salmaq üçün artımlara davam edəcək, yoxsa yox.
Qeyd edək ki, bu gün həm də ABŞ-da işsizlik dərəcəsi ilə bağlı iyul dataları açıqlanacaq. Belə proqnoz edilir ki, inflyasiyanın yüksək olmasına baxmayaraq işsizlik dərəcəsi son 50 ilin ən aşağı səviyyəsində qalamağa davam edəcək.