Home » “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

by Zeyneb
0 comments 1 views 1 minutes read

25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2010019209
İstiqraqzların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı 30,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
Buraxılış həcmi 3,000,000 manat
İllik gəlirlilik faizi 15%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 3,000,000 manat
Reallaşdırılmış həcm 3,000,000 manat
Minimal qiymət 100 (15.0000%) manat
Maksimal qiymət 100 (15.0000%) manat
Kəsmə qiyməti 100 (15.0000%) manat
Ortaçəkili qiyməti 100 (15.0000%) manat
İnvestor sayı 56
Sifariş sayı 56
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.