Home » “FINTEX SAMMİT ONLİNE – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ” çərçivəsində Türkiyə Banklar Birliyinin Baş katibi Dr. Əkrəm Keskinin çıxışı

“FINTEX SAMMİT ONLİNE – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ” çərçivəsində Türkiyə Banklar Birliyinin Baş katibi Dr. Əkrəm Keskinin çıxışı

by bbnadm
0 rəy 0 baxış 5 dəqiqə oxuma

Hörmətli iştirakçılar!

Azərbaycan Respublikasının Mərkəzi Bankının Sədrinin müavini, Azərbaycan Bankları Assosiasiyasının prezidenti, Sizin şəxsinizdə yoldaşlarımıza, dostlarımıza salam deyir, bizi dinləyənləri salamlayır və dəvətiniz üçün Sizə təşəkkür edirəm. Türkiyə Banklar Birliyi İdarə Heyəti Başçısı Hüseyin Aydının ən səmimi salamlarını da xüsusilə çatdırmaq istəyirəm.

Rəqəmsallaşdırma və təsir edən amillər

Maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərini ənənəvi sistemdən rəqəmsal sistemə keçirmək təcrübələri sürətlə davam edir. Bu prosesin sürətini təyin edən əsas amillər aşağıdakılardır;

Gəlir və rifah artımı, texnoloji inkişaflar, müştəri seçimləri, müştərilərin qorunması yanaşması, maliyyət təzyiqi, beynəlxalq qarşılıqlı təsir, insan resurslarındakı dəyişiklik, qaydalar və Covid 19.

Rəqəmsal çevrilmə yeni imkanlar təklif edir və rəqabət üstünlüyü yaradır. Lakin, eyni zamanda, maliyyə sisteminin təhlükəsizliyi və sabitliyi ilə bağlı yeni risklər meydana çıxır.

Olduqca geniş mövzuları və dəyərli məruzəçiləri özündə birləşdirən Forumun gündəliyinə uyğun olaraq ətraflı müzakirə ediləcəyini görürəm.

Üzərində duracağım bir neçə məsələ var:

1. Qaydalar

Maliyyə sektorundakı rəqəmsal tətbiqetmələrlə əlaqədar; tənzimləmə və nəzarət qurumlarının, eləcə də digər maliyyə qurumlarının aydın və dəqiq bir strategiyası olmalıdır. Bu strategiya transformasiyanı dəstəkləməli və rəqəmsal tətbiqetmə ilə əlaqədar təşkilatların və müştərilərin gözləntilərini qarşılamalıdır.

Qaydalar aydın, dəqiq, başa düşülən, tətbiqi asan və nəzarət edilə bilən olmalı, bələdcı funksiyasını daşımalıdır. Tərəflər üçün yüksək səviyyədə təhlükəsizlik təmin etməlidir. Əməliyyatı asanlaşdırmalı və əməliyyat xərclərini azaltmalıdır. Maliyyə sektorundakı təşkilatlar arasında ədalətli rəqabət mühitini təmin etməli və rəqabət quruluşunu gücləndirməlidir. Beynəlxalq arenada rəqabətçi bir quruluş təmin etməlidir.

2. İşçi qüvvəsinin strukturu və təhsili

Texnologiya və maliyyə sənayesi proseslərini bilən işçi qüvvəsinin yaradılmasına investisiya qoymalıdır.

3. Müştəri münasibətləri

Müştərilərin maliyyə savadlılığının artırılması, hüquqları, vəzifələri, təhlükəsizliyi, məhsullar və xidmətlər barədə məlumatlara malik olması lazımdır.

4. İnstitusiyalararası əməkdaşlıq

Prosesin və informasiya təhlükəsizliyinin təmin edilməsində bütün müvafiq təşkilatlar arasında yüksək səviyyədə bir əməkdaşlıq təmin edilməlidir. Ədliyyə sisteminin sürətli və səmərəli işləməsi xüsusilə vacibdir.

Türkiyə təcrübəsi

Bank sektoru daim iş proseslərini texnoloji inkişafa uyğunlaşdırır. Filial və işçi sayında artım dayandı, yavaş və davamlı bir azalma var. Ödəmə sistemləri və əməliyyat mərkəzləri tam avtomatlaşdırmaya keçir.

Mobil bank tətbiqetmələri müştəri sayında və əməliyyatlarda sürətlə artır. Məlumat toplamağa 2006-cı ildə başlamışıq. Həndəsi bir artış tendensiyası var. Bu gün Türkiyədə 20 milyondan çox aktiv rəqəmsal bank müştərisi var.

Tənzimləyicilər və praktikantlar aydın və müəyyən rəqəmsal strategiyalara sahibdirlər.

Türkiyə Banklar Birliyi koordinasiyasında aparılan işlər:

Məsafədən əməliyyatlar (müştəri əldə etmə, məsafədən identifikasiya, müqavilələrin imzalanması) tənzimləmələri öyrənilmiş və lazımi dəyişikliklər edilmişdir / edilməkdədir.

Rəqəmsal Biometrik İmza Qanununun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib (fiziki mühitdə həyata keçirilməli olan, kağız daşıyıcılar üzərində olan əməliyyatlar əvəzinə planşetlərdə və digər müvafiq cihazlarda müqavilələr imzalana bilər)

Elektron çek və sənəd haqqında qanun layihəsi hazırlanmışdır  (çek və sənədlərin elektron müstəvidə tənzimlənməsi, nağdlaşdırlması və ödənilməsi zamanı qanuni nəzarət əməliyyatları bu elektron platformada həyata keçiriləcək).

Açıq Bankçılıq (API) ilə bağlı tənzimləmə işləri davam edir.

Müştərilər və ya müştərilər adından çıxış edən tərəflər API, veb xidmət, sənəd ötürmə protokolu kimi üsullarla təklif olunan xidmətlərə məsafədən daxil ola və əməliyyatlarını həyata keçirə biləcəklər.

Ödəniş sistemlərində istifadə ediləcək TR məlumat matris standartı yaradılmışdır və 2021-ci ildə təşkilatların uyğunlaşdırılması gözlənilir.

Müştərilərlə əlaqədar görülən işlər

Maliyyə savadlılığı, rəqəmsal tətbiqetmələr, fırıldaqçılıq və qoruma metodları üzərində qurulur.

Bank məhsulu və xidmətlərinin komissiyalarının müqayisəsini təmin etmək üçün məlumat platformaları yaradılmışdır.

ATM, internet və mobil bankçılığı, əməliyyatlarında təhlükəsizlik üçün tövsiyələr hazırlanmışdır.

İnformasiya sistemlərinin alt sahələrində yetişən işçi qüvvəsinin maliyyə sektoruna cəlb etmək üçün işlər görülür. Alt sahələr üzrə təlim proqramları hazırlanır.

Rəqəmsallaşma bankların işləmə mexanizmini dəyişdirsə də, əsas xarakterlərini dəyişdirmir. Banklar hələ də etibar və nüfuz qurumları olaraq qalır.

Texnologiyanın verdiyi fürsət və fürsətlərdən istifadə edərkən təhdid və risklərə də diqqətli olmalıyıq ki, qazanarkən itki olmasın.

Kiber hücumlar da artmaqdadır. Hücumlar sərhəd, varlı-kasıb, fərd-şirkət fərqi qoymur. Maliyyə sektoru və bankçılıq isə bu hücumların əsas hədəfləri içində ilk sıradadır. Kiber hücumlar şəxslərə, qurumlara və etibara zərər verməkdədir. Hücumlar bir bankın ödəmə sisteminə zərər verərsə və köçürülən pul gəlməzsə, ümumi sistem üçün nəticələr mənfi ola bilir.Rəqəmsal bankçılığı inkişaf etdirmək və populyarlaşdırmaq səylərimizlə birgə kiber hücumlara qarşı mübarizəmizi davam etdirməliyik. Təcrübələr paylaşılmalı və tərəflər birlikdə işləyə bilməlidirlər.

Ümid edirəm ki, bu cür görüşlər təcrübə mübadiləsinə, ölkələrimiz və təşkilatlarımız arasında əməkdaşlığın genişləndirilməsinə kömək edəcəkdir. Bu əməkdaşlıqların müştərilərimizə, maliyyə qurumlarımıza, maraqlı tərəflərimizə və iqtisadiyyatımıza müsbət töhfə verəcəyinə inanıram.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.