Home » “Fitch”: Azərbaycanda Bazel III bankların dayanıqlığını artıracaq

“Fitch”: Azərbaycanda Bazel III bankların dayanıqlığını artıracaq

by yunus
0 comments 0 views 2 minutes read

Azərbaycanda bank sektorunda Bazel III standartlarının tətbiqi kredit təşkilatlarının mümkün itkiləri qarşılamaq imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

BBN.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

“Fitch”in qiymətləndirməsinə görə, Azərbaycanda Bazel III konsepsiyasının tətbiqi hazırda inkişaf mərhələsindədir. 2025-ci ilin dekabrında Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi dəyişikliklərə əsasən, yeni tələblərə tam keçid 2027-ci ilin yanvarından nəzərdə tutulur.

Reform çərçivəsində birinci dərəcəli əsas kapitalın (CET1) minimum adekvatlıq normativi risklə ölçülmüş aktivlərin (RWA) 4,5 %-i səviyyəsində müəyyən edilib. Birinci dərəcəli kapital üzrə minimum göstərici 5 %-dən 6 %-ə qaldırılıb, məcmu kapitalın adekvatlıq normativi isə 10 %-dən 8 %-ə endirilib.

Bununla yanaşı, 2025-ci ilin martından qüvvədə olan 0,5 %-lik kontrtsiklik kapital buferinə əlavə olaraq 2,5 %-lik kapitalın konservasiya buferi tətbiq edilib. Bu əlavələr nəzərə alındıqda effektiv minimum tələblər CET1 üzrə 7,5 %, birinci dərəcəli kapital üzrə 9 %, məcmu kapital üzrə isə 11 % təşkil edir.

Sistem əhəmiyyətli banklar (D-SIB) üçün isə bankın miqyasından asılı olaraq 1-4 % arasında dəyişən əlavə kapital buferi tətbiq olunur. “Fitch” bildirir ki, bu mexanizm birinci dərəcəli kapital üçün 1 %, məcmu kapital üçün isə 2 % səviyyəsində olan əvvəlki sabit əlavələri əvəz edir.

Dəyişikliklər əlavə birinci dərəcəli kapital (AT1) alətlərinə də şamil olunur. Belə ki, CET1 əmsalı 5,125 %-lik həddən aşağı düşdükdə bu alətlərin silinməsi və ya kapitala çevrilməsi nəzərdə tutulur.

Agentlik hesab edir ki, AT1 bazarı Azərbaycanda hələ formalaşma mərhələsində olduğundan, orta müddətli perspektivdə bankların kapitalının əsas artım mənbələri bölüşdürülməmiş mənfəət və adi səhm kapitalı olaraq qalacaq.

“Fitch” 2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, əksər banklar üçün ciddi tənzimləmə riskləri gözləmir. Buna ABB, “Express Bank” və “AFB Bank” ASC-lər də daxildir.

Bununla belə, üç sistem əhəmiyyətli bank – “Kapital Bank”, “Bank Respublika” və “Unibank” ASC – iyunun sonuna buferlər nəzərə alınmaqla birinci dərəcəli kapital tələbləri üzrə məhdud ehtiyata malik olub.

“Fitch”in məlumatına görə, bank sektorunun aktivlərinin təxminən 22 %-i “Kapital Bank”ın, 4 %-i “Bank Respublika”nın, 4 %-i isə “Unibank”ın payına düşür.

Agentlik gözləyir ki, bu banklar 2026-cı ilin ikinci yarısında aktivlərin artımını nəzarətdə saxlayacaq və 2027-ci ilin yanvarına qədər AMB-nin yeni tələblərinə uyğunlaşmaq üçün zərurət yaranarsa dividend ödənişlərini məhdudlaşdıracaqlar.

“Fitch” tənzimləyici dəyişiklikləri Azərbaycanın bank sektorunun kredit reytinqləri üçün müsbət amil kimi qiymətləndirir. Agentliyin fikrincə, bu amil Azərbaycanın bank sektoru üzrə əməliyyat mühiti qiymətləndirməsinin “bb-” səviyyəsindən “bb” səviyyəsinə yüksəldilməsində də nəzərə alınıb.

Orta müddətli perspektivdə isə əlavə likvidlik tələblərinin tətbiqi, Bazel II-nin “Pillar 2” komponenti üzrə prosedurların təkmilləşdirilməsi və MHBS 9 standartına keçid planlaşdırılır. “Fitch” hesab edir ki, bu tədbirlər maliyyə hesabatlılığının şəffaflığını artırmaqla yanaşı, banklarda anderraytinq intizamını da gücləndirəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.