Home » Fiziki məhdudiyyətli şəxslərin təmsilçiləri ilə bir sıra görüşlər keçirilib

Fiziki məhdudiyyətli şəxslərin təmsilçiləri ilə bir sıra görüşlər keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində cəmiyyətin bütün təbəqələrini enerji sahəsində iştiraka təşviq etmək, həmçinin ölkənin enerji siyasəti və layihələr haqqında məlumatlandırmaq məqsədilə Azərbaycan Karlar Cəmiyyəti və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai birliklərinin nümayəndələri ilə ayrı-ayrılıqda bir sıra məsləhətləşmə görüşləri keçirilib.

Görüşlərdə ictimai birlik üzvlərinin enerji sahəsində çətinlikləri və ehtiyacları dinlənilib, onlara Energetika Nazirliyinin, habelə tabeli qurumlarının funksiyaları və fəaliyyəti barədə məlumat verilib, eyni zamanda enerji sahəsinə dair məlumatları eşitmə və görmə qabiliyyəti məhdud olan şəxslərə əlçatan və başadüşülən etmək üçün məsləhətləşmələr aparılıb.

Görüşlər zamanı nazirliklə birliklər arasında kommunikasiya və əməkdaşlığın təkmilləşdirilməsi yolları da müzakirə edilib. Nazirliyin və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı surdotərcümə ilə hazırlanmış bəzi videomateriallar təqdim olunub, birliklərin üzvlərinin rəy və təklifləri dinlənilib. Onların tövsiyələrini nəzərə alaraq yeni videoçarxların hazırlaması razılaşdırılıb.

İctimai birliklərin üzvlərinə töhfələrinə görə təşəkkür edilib, gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə ümid edildiyi vurğulanıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.