Home » Fransa Amazonu 32 milyon avro cərimələyib

Fransa Amazonu 32 milyon avro cərimələyib

by yunus
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Fransa İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasının (CNIL) verdiyi açıqlamada, Amazonda iş fasilələrini diqqətlə ölçən və işçilərin potensial olaraq hər bir fasilə və ya fasiləyə haqq qazandırmaq məcburiyyətində qalmasına səbəb olan sistemin tətbiqinin qeyri-qanuni olduğunu bildirilib.

BBN.az xəbər verir ki, açıqlamada komissiya işçilərin fəaliyyətlərini və performansını izləmək üçün “həddindən artıq müdaxilə” olaraq xarakterizə etdiyi sözügedən sistemi quraşdırmaq üçün Amazon.com Inc-i günahlandırdı.

Şirkətə 32 milyon avro cərimə kəsildiyi bildirilib və şirkətin işçilərin fəaliyyətini və performansını izləyən skaner sisteminin ənənəvi monitorinq metodlarından fərqli olduğu vurğulanıb.

Açıqlamada komissiyanın sistem tərəfindən toplanan bütün məlumatların və işçilər üçün hazırlanmış statistik məlumatların 31 gün ərzində saxlanmasını “həddindən artıq” gördüyü, Amazon işçilərinin və ziyarətçilərin anbarlardakı video nəzarət haqqında kifayət qədər məlumatlandırılmadığı qeyd edilib.

Fransadakı Amazon anbarlarında istifadə edilən söz mövzusu sistem işçilərin müəyyən iş addımları arasında fasilələrinin nə qədər uzun olduğunu qeyd etmək üçün bir skanerdən istifadə edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.