Home » Gəncə və Göygöldə bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı

Gəncə və Göygöldə bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən bir qrupunu və müharibə iştirakçısını bu gün də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edib.

Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb.

Onlar xüsusi qayğı ilə əhatə olunduqlarına və təsərrüfat yaratmaları üçün göstərilən dəstəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.      

Şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.