13 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 14 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “GL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2028020280 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi/Birqiymətli |
İstiqrazın sayı | 400 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 400,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | 14.08.2024 |
Anderrayter | “INVEST-AZ İ.Ş” ASC |