Home » “Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!

“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Global Finance” jurnalı maliyyə innovasiyaları sahəsində ən yaxşı mərkəzlərlə bağlı seçimlərini elan edib. “Best Financial Innovation Labs” nominasiyasının  qalibləri sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA İnnovasiya Mərkəzi də var.

“Global Finance” maliyyə innovasiyaları sahəsindəki mərkəzlərlə bağlı belə bir hesabatı artıq dördüncü ildir ki, hazırlayır. Seçim prosesi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bankların, universitetlərin, dövlət və qeyri-hökumət qurumlarının və s. innovasiya mərkəzləri arasında aparılır və müxtəlif kateqoriyaları əhatə edir. Bura nağd vəsaitlərin idarə olunması, korporativ maliyyə, islam bankçılığı, ödənişlər, ticarətin maliyyələşdirilməsi və digər  istiqamətlər aiddir. Belə bir hesabatın məqsədi FinTech sistemlərinin inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu sahədə yeni tendensiyalar, müasir trendlərlə bağlı mötəbər bir istinad mənbəyi yaratmaqdır. 

Builki qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilə yanaşı, Commerzbank, Deutsche Bank, Deloitte, Barclays və digər aparıcı qurumların analoji mərkəzləri də var. Ayrı-ayrı regionlardan müxtəlif nominasiyalar üzrə qalib olmuş mərkəzlərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.  

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ötən ilin iyunundan fəaliyyətə başlayıb. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda innovasiya ekosisteminin inkişafına kömək göstərmək, bütün maraqlı tərəfləri bu mühitdə bir araya gətirməkdir. Mərkəz müxtəlif stratap layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərir. Açıq innovasiya ekosisteminə dəstək proqramları həyata keçirir. Eləcə də bankdaxili korporativ innovasiyaların təşviqinə dəstək verir. Artıq 12 startap layihəsi Mərkəzdə inkubasiya dövrünü uğurla başa vuraraq investorlara təqdim edilib. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı: https://ibainnovation.az/az

Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.