Home » Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

by yunus
0 comments 0 views 1 minutes read

Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər

BBN.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir. Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edilir ki, hazırda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə tətbiq olunur. Təklif edilən dəyişikliklər isə bu prosesdə operativliyin artırılmasına xidmət edəcək.

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.