Home » Goranboyda təbii fəlakətlərdən zərər çəkən fermerlər sığorta ödənişi alacaq

Goranboyda təbii fəlakətlərdən zərər çəkən fermerlər sığorta ödənişi alacaq

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Havaların qeyri-sabit keçməsi, sel və daşqınlar nəticəsində Goranboy rayonunda fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq.

BBN.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov Goranboyda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda keçirilən regional tədbirdə bildirib.

O, bu il bölgədəki fermerlərə sığorta ödənişlərinin daha da artırılacağını bildirib. Sədrin sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bu il təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər çəkən bölgələrdən olduğunu qeyd edib. O, bildirib ki, bu fəlakətlər kənd təsərrüfatına, rayondakı fermerlərə, iri və kiçik təsərrüfatlara böyük zərər vurub və hazırda sığortalı təsərrüfatlar sığorta ödənişlərini gözləyirlər.

Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması, meyvə bağlarının sığortası aqrar sığorta ekspertlərinin fəaliyyəti ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Bir sıra iri təsərrüfatların nümayəndələri təbiət hadisələri nəticəsində dəyən zərərlər, dəymiş ziyanın hesablanması və ödəniş qaydaları ilə bağlı fond rəhbərliyinə suallar ünvanlayıb və bütün suallar cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.