Home » “GS1” sistemi ilə bağlı seminar keçirilib

“GS1” sistemi ilə bağlı seminar keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və USAİD-in “Özəl sektorun inkişafı” layihəsinin təşəbbüsü ilə Lənkəran–Astara iqtisadi rayonu üzrə “GS1 sistemi və ştrixkodların ixracda rolu, avtomatik identifikasiya texnologiyalarının əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarında təşkil olunmuş seminarda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə “GS1 Azerbaijan”nın nümayəndələri “GS1” sistemi, ştrixkodların gündəlik həyatda və ixracda rolu, ixrac zamanı ştrixkodla bağlı diqqət edilməli məqamlar barədə ətraflı məlumat verib, ştrixkod vasitəsilə uçot, inventarizasiya prosesinin aparılmasını əyani vasitələrlə nümayiş etdiriblər.

Seminarda müvafiq rayonlardan ümumilikdə 60-dan çox sahibkar iştrak edib. Ölkənin şimal və qərb bölgələrində də müvafiq mövzuda seminarın keçirilməsi nəzərdə tutulur. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.