Home » Gürcüstan şirkəti Azərbaycan bazarında 400-dən çox şirkətlə əməkdaşlıq qurub

Gürcüstan şirkəti Azərbaycan bazarında 400-dən çox şirkətlə əməkdaşlıq qurub

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Gürcüstanın avtomobil ehtiyyat hissələrinin satışı üzrə ən böyük startaplarından olan “autoElement” Azərbaycan bazarına daxil olmağı planlaşdırıb. Gürcüstanın “Channel One” telekanalına çıxan şirkət rəhbəri Murad Bartishvili bu barədə məlumat verib. Şirkətin 30%-lik səhm satışından 230 min lari vəsait əldə etdiklərini vurğulayan Murad artıq Azərbaycan bazarında 400-dən çox ehtiyat hissələri satıcısı və 5 minə yaxın fiziki şəxslə razılaşma əldə etdiklərini bildirib.

“autoElement” şirkəti əsasən, tətbiqetmə üzərindən avtomobil ehtiyat hissələri satıcıları ilə potensial müştəriləri əlaqələndirməklə məşğuldur. Hazırda, Gürcüstanda 2 mindən artıq bizneslə əməkdaşlıq edən “autoElement” Qazaxıstan, Özbəkistan, Ukrayna və Rusiya bazarlarında da mövcudluğunu davam etdirir. Startap rəhbəri növbəti 3 il ərzində 30-dan çox ölkədə fəaliyyət göstərməyi planlaşdırdıqlarını bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.