Home » Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Gürcüstan  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Qeyd edilib ki, Gürcüstanla ticarət əlaqlərimiz genişlənir. 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəmiz 33% artıb.

İqtisadiyyat naziri Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini, hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgəmizdə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.

Natela Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərı barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini bildirib.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və s. məsələlər barədə müzakirə aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.