Home » “Gəz, qazan” layihəsinə müraciət qəbulu davam edir

“Gəz, qazan” layihəsinə müraciət qəbulu davam edir

by Aytac
0 comments 5 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Murmur Technologies MMC-nin dəstəyi ilə “Gəz, qazan!” layihəsinə müraciətlərin qəbulu davam edir.

Məqsəd işsiz şəxslərə Bakı şəhərində həm aylıq sabit qazanc yeri, həm də özlərinə məxsus mikro bizneslər yaratmaqda köməklik göstərməkdir. Belə ki, layihə çərçivəsində vətəndaşlar Murmur Technologies ilə çalışmaq üçün Agentlik tərəfindən lazımi avadanlıqlarla təmin ediləcəklər.

Azərbaycanlı gənc tərəfindən qurulan startapın iş prinsipi bel çantasına quraşdırılan smart reklam lövhəsi vasitəsilə müştərilər tərəfindən yerləşdirilən reklamları auditoriyaya çatdırmaqdan ibarətdir.

MurMurda çalışmaq üçün heç bir spesifik şərt yoxdur. İş saatları sabit və ya dəyişən olaraq 2 formada təklif edilir.

Layihəyə müraciət üçün onlayn qeydiyyat formasını doldurmaq və ya Regional Məşğulluq filialına yaxınlaşmaq lazımdır. Məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsinə uyğun hesab edilən vətəndaşlar layihədə iştirak imkanı qazanacaqlar.

https://docs.google.com/forms/d/e/1FAIpQLScqymgK6Awp352tRctE0Okj9tG4beKGOqYktRAv8K4YzQQksA/viewform

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.