Home » Hacıqabulda tullantılardan zülal və üzvü gübrə istehsal edən müəssisə fəaliyyətə başlayıb

Hacıqabulda tullantılardan zülal və üzvü gübrə istehsal edən müəssisə fəaliyyətə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə – “Provive” MMC fəaliyyətə başlayıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov müəssisənin fəaliyyəti ilə tanış olublar. 

Qeyd edək ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara 2-ci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq ki, nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq. İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-yə yaxın işçi çalışır. Hazırda müəssisənin istehsal gücü aylıq 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir. “Provive” MMC-yə 2020-ci ilin fevralında İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidentlik statusu verilib. Müəssisəyə KOBİA tərəfindən də dəstək göstərilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.