Home » Hindistan kriptovalyutaların alış satışını qeyri-qanuni edəcək

Hindistan kriptovalyutaların alış satışını qeyri-qanuni edəcək

by bbnadm
0 comment 0 views 1 minutes read

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Çin, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, Hindistanda artıq fəaliyyətini dayandıra bilər. Belə ki, Narendra Modi rəhbərliyi altında iqtidarda olan hökumət yeni qanun layihəsi irəli sürüb.

 “The Cryptocurrency and Regulation of Official Digital Currency Bill, 2021” adlanan bu qanun layihəsi çərçivəsində dünyanın altıncı ən böyük iqtisadiyyatına malik Hindistanda kriptovalyutalardan istifadə qadağan ediləcək. Bunun əsas səbəbi olaraq isə, ölkənin yaxın vaxtlarda pilot test rejimində olan Mərkəzi Bank Rəqəmsal Valyutasını (CBDC) istifadəyə verməyi planlaşdırması ehtimal edilir. Belə ki, bu yolla 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan CBDC böyük rəqabətlə üzləşməyəcək.

Məlumat üçün qeyd edək ki, hazırda kriptovalyutalara ən çox maraq göstərən ölkə El Salvadordur. Latın Amerikasında yerləşən ölkə sentyabr ayında “bitcoin” kriptovalyutasını ölkədə rəsmi ödəniş vasitəsi kimi qəbul etməklə yanaşı, milyardlarla dollar xərci olan “Bitcoin City” şəhərinin inşasını planlaşdırıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.