Home » Hörmüz ümidləri suya düşdü: Neft kəskin bahalaşmadan sonra Asiya ticarətində sabitləşdi

Hörmüz ümidləri suya düşdü: Neft kəskin bahalaşmadan sonra Asiya ticarətində sabitləşdi

by yunus
0 comments 0 views 1 minutes read

Asiya sessiyasında neft qiymətləri ötən gün qeydə alınan kəskin artımın ardınca mövqeyini qoruyub. ABŞ və İranın qarşılıqlı təzminat tələbləri və Hörmüz boğazının açılması ilə bağlı danışıqların dalana dirənməsi bazarlarda narahatlığı gücləndirib.

Vaşinqton boğazın açıq qaldığını iddia etsə də, Tehran kanalın mina və dronlarla bağlandığını bildirib. Bunun fonunda Brent markalı neft 0.2% artaraq bir barel üçün 87.92 dollara, WTI nefti isə 0.27% bahalaşaraq 82.35 dollara yüksəlib. Əvvəlki sessiyada hər iki fyuçers qarşılıqlı hücumlar və təzminat tələbləri səbəbindən 5%-dən çox bahalaşmışdı.

Vəziyyəti daha da gərginləşdirən amillərdən biri də Yəməndəki husilərin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus Cizan neft emalı zavoduna hücum etməsi olub. Qlobal neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hormüz boğazı ətrafındakı qeyri-müəyyənliklər və husilərin Qırmızı dənizdəki təhdidləri enerji bazarlarında risk premiyalarını yüksək səviyyədə saxlamaqdadır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.