Home » “HSBC” virtual “metaverse” fondu yaradır

“HSBC” virtual “metaverse” fondu yaradır

by bbnadm
0 comment 0 views 1 minutes read

Avropanın ən böyük bankı olan “HSBC” virtual platformalarda fəaliyyətini genişləndirmək məqsədilə öz “Metaverse İnvestisiya Fond”unu yaradıb. Fondun yaradılmasına xərclənən məbləğ açıqlanmasa da, fondun vəsaitləri hesabına bank özünə virtual “metaverse” platformasında torpaq sahəsi satın alıb.

ABŞ mərkəzli nəhəng maliyyə təşkilatlarından olan “Citi” tərəfindən tərtib edilən 186 səhifəlik “Metaverse and Money, Decrypting the Future” hesabatında 2030-cu ilədək “Metaverse” konsepsiyasının sürətlə artımının davam edəcəyi və yekunda 8 trilyon və 13 trilyon dollar arası dəyərə malik olacağı proqnozlaşdırılıb.    

“HSBC” 2021-ci ilin dördüncü rübündə 1.79 milyard dollar xalis mənfəət əldə edib. Bu göstərici 2020-ci ilin son rübü (562 milyon dollar) ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. Bankın sözügedən rüb üzrə xalis gəlir göstəricisi 3.9 milyard dollarlıq artımla 12.6 milyard dollar səviyyəsində qərarlaşıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.