Home » Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupu ilə Mərkəzi Bank və ABA üzvləri arasında görüş keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupu ilə Mərkəzi Bank və ABA üzvləri arasında görüş keçirilmişdir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

17 fevral 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun nümayəndələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert qrupunun üzvləri arasında onlayn formatda görüş keçirilmişdir. Görüşdə İşçi qrupdan İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Tural İsgəndərov, İşçi qrupunun katibi Ədliyyə Nazirliyi  Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsinin böyük məsləhətçisi Natiqə Quliyeva, Mərkəzi Bankdan Hüquq departamentinin direktor müavini Tural Feyzullayev, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert qrupunun sədri Qorxmaz Ağayev və üzv bankların nümayəndələri iştirak etmişlər.

Görüşdə İşçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planında icrası nəzərdə tutulan tədbirlərdən olan “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq indikatora aid müddəalarının praktikada tətbiqi vəziyyətinin araşdırılması, bu sahədə olan boşluqların və problemlərin müəyyən olunması ilə bağlı müzakirələr aparılmış, tərəflərin verdiyi suallara cavab verilmiş, bu barədə hesabatın və təkliflərin Komissiyaya təqdim olunması qərara alınmışdır. Belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edən ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert qrupunun sədri Qorxmaz Ağayev görüşün təşkilinə görə həm İşçi qrupa, həm də Mərkəzi Banka üzvlər adından təşəkkürünü bildirmişdir. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.