Home » IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlanıb

IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlanıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası “Data Analitikası”, “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətləri üzrə yeni qəbul proqramını elan edib. Bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində intensiv bootcamp kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma biliklərinə yiyələnəcəklər.

Ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq yaradılmış IBA Tech Akademiyasının yeni qəbul proqramı üçün məhz “Data Analitikası”, eləcə də “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətlərinin seçilməsi təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkəmizdə, həm də qlobal əmək bazarında tələbat artır. IBA Tech Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər.

Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29 fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən başlayaraq 3 ay davam edəcək.

IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi – 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Ötən ilin sentyabrında fəaliyyətə başlayan IBA Tech Akademiyasına ilk proqram üzrə qəbul olunmuş tələbələrin 90%-i təlim kurslarını uğurla başa çatdırıb. Onların 60%-i çox yüksək nəticələr göstərib. IBA Tech Akademiyasının ilk məzunlarından 50 nəfəri ixtisas istiqamətləri üzrə müxtəlif qurumlarda işlə təmin olunub. Məzunların qalan hissəsi isə əvvəldən ayrı-ayrı yerlərdə çalışan şəxslər və ali məktəb tələbələridir.

Qeyd edək ki, hazırda IBA Tech Akademiyasına Backend və Mobile Development  proqramlarına qəbul üçün onlayn ərizə göndərmiş namizədlər arasından da seçim prosesi gedir. Həmin proqramlara qəbul olunmuş tələbələr fevralın 3-dən dərslərə başlayacaqlar.    

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.