Home » İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının növbəti iclası keçirilib

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının növbəti iclası keçirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası baş tutub.

İSB-nin məlumatına görə, iclasda maliyyə və təşkilati məsələlər müzakirə olunub, həmçinin İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib.

Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək, eləcə də bu risklərə uyğun qərarların qəbuluna əsas yaratmaqdır. Komitə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edir, strategiya və siyasətlərin formalaşdırılmasını təmin edir və risklərin effektiv idarə edilməsinə cavabdehdir.

İclasda Risk Komitəsinin tərkibi də müəyyənləşdirilib. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli komitənin sədri, Famil Əliyev (“Qala Sığorta” ASC) və Araz Məmmədov (“Paşa Sığorta” ASC) isə komitənin üzvləri seçiliblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.