
Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün icbari tibbi sığorta haqqının ödənilməsi mexanizmi dəyişdirilə bilər.
Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Təklifə əsasən, 2025-ci ildən etibarən sözügedən kateqoriya üzrə aylıq gəlir:
-
2 500 manata qədər olduqda – sığortaolunan və sığortaedən hər biri gəlirin 2 %-i qədər,
-
2 500 manatdan çox olduqda – artıq məbləğin 0,5 %-i qədər icbari tibbi sığorta haqqı ödəyəcək.
Hazırda qüvvədə olan qayda isə belədir: muzdla işləyən şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət istisna olmaqla), Milli Məclis və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən vəzifəli şəxslər əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən üzrə hər biri 2 %, 8 000 manatdan yuxarı hissəsindən isə 0,5 % ödəyir.
Qanun layihəsi qəbul olunarsa, yeni mexanizm gələn ildən tətbiq edilə bilər.







