Home » ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var

ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var

by Aytac
0 comments 0 views 1 minutes read

İslam İnkişaf Bankı (IsDB) Qrupu üzv ölkələrdə iqtisadi inkişafı və sosial tərəqqini dəstəkləmək missiyasına sadiq qalır.

Bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) ​”Davamlı Rifah üçün Regional İnteqrasiya” tədbirində İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasser Alaki bildirib.

Onun sözlərinə görə, bu missiyanın mərkəzində özəl sektorun innovasiya, iş yerlərinin yaradılması və davamlılığın hərəkətverici qüvvəsi kimi həyati rolu dayanır: “Azərbaycan investisiya və tərəfdaşlıq üçün dinamik, perspektivli bir mühit təqdim edir. Ölkənin strateji coğrafi mövqeyi, böyüyən iqtisadiyyatı, diversifikasiyaya olan sadiqliyi ilə ölkə infrastruktur, energetika, kənd təsərrüfatı, loqistika və sənaye kimi sektorlarda mühüm imkanlar vəd edir”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.