Home » İİTKM-in “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib

İİTKM-in “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib

by bbnadm
0 rəy 0 baxış 5 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib. 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon,  İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz,  İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.

2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (44,3 milyon ABŞ dolları)  ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 milyon ABŞ dolları) üçüncü olub.

   Ümumiyyətlə, 2020-ci ilin ilk 4 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 153,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 60,5  milyon, pambıq lifi ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 milyon, kimya sənayesi məhsullarının ixracı 26,5 milyon, elektrik enerjisinin ixracı 34,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 milyon, pambıq ipliyi ixracı 8,7 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon ABŞ dolları, şəkər ixracı  4,5 milyon təşkil edib.

   2020-ci ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 120 milyon ABŞ dolları təşkil etmişdir. Bu ilin aprel ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (51,8 milyon ABŞ dolları), Türkiyəyə (17,8  milyon ABŞ dolları), Gürcüstana (15,9  milyon ABŞ dolları), İsveçrəyə (7,7 milyon ABŞ dolları) və Çinə (6 milyon ABŞ dolları)  ixrac edilib.

  2020-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 29,4 milyon ABŞ dolları)  birinci, elektrik enerjisi (16,4 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

 “İxrac İcmalı”nın may sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Land Lojistic” MMC, “Sun Food” MMC,  “STDC” MMC, “Aqrovest” MMC, “Natural Fruit” MMC,” “Baku Steel Company” və “P-Aqro” MMC.

  Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “ASK şüşə” MMC.

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bu üçün də bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib.

 “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5  milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8 faiz artıb.

Bu ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı,  meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay,  buğda unu, uşaq bezi və s. mallara daxil olub.

  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 794 milyon ABŞ dolları təşkil edib.

  Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.