Home » İİTKM-in şöbə müdiri Vyanada beynəlxalq təlimdə iştirak edib

İİTKM-in şöbə müdiri Vyanada beynəlxalq təlimdə iştirak edib

by anar
0 comment 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) İnstitutu və Birləşmiş Vyana İnstitutu (JVI)  tərəfindən keçirilən “Model əsaslı monetar siyasət analizi və proqnozlaşdırma (MPAF)” mövzusunda təlimdə iştirak edib.

İki həftə davam edən təlimdə struktur modellərdən istifadə edərək ÜDM, inflyasiya və faiz dərəcələri kimi əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, həmçinin müasir alətlərin tətbiqi, “nowcasting” və alternativ iqtisadi gələcək ssenariləri qurmaq üçün ekonometrik texnikaların istifadəsi tədris olunub və ölkə nümunələrində tətbiqi aparılıb.

Təlim çərçivəsində V. Cəfərova JVI-ın direktoru Herve Joly ilə görüşərək BVF ekspertləri tərəfindən İİTKM-də keçirilən təlimlər barədə məlumat verib və iki qurum arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə İİTKM-də ekonometrik modellərin qurulması, model əsaslı fiskal və monetar təhlillərin aparılması üzrə  təlimlərin keçirilməsi sahəsində potensial əməkdaşlıq və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.