Home » İKT üzrə milli təqaüd proqramında 50-dən çox ixtisas seçimi var

İKT üzrə milli təqaüd proqramında 50-dən çox ixtisas seçimi var

by anar
0 comments 2 views 1 minutes read

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramının ölkə üzrə yeni qeydiyyat prosesi davam edir.

Agentlikdən bildirilib ki, qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.

Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat: https://technest.idda.az/

Son qeydiyyat aprelin 7-dədir.

Bu tədris dalğası çərçivəsində “Technest” Dövlət Məşğulluq Agentliyi (DMA) ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə təmin olunacaq.

Bununla yanaşı, sosial layihələr çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və internat evlərində yaşayan şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb ediləcəklər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.