Home » İKZF 59 mindən çox borcalana 4,3 milyard manat kredit verib

İKZF 59 mindən çox borcalana 4,3 milyard manat kredit verib

by yunus
0 comments 0 views 0 minutes read

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən indiyədək 59 216 borcalana ümumilikdə 4 milyard 338 min manat kredit verilib.

BBN.az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.

Bundan əlavə, Fond tərəfindən 9 657 mənzil kirayə vermək yolu ilə realizə edilib.

Qeyd edək ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşdirilməsi nəticəsində yaradılıb və həmin qurumların hüquqi varisidir.

Fond milli maliyyə institutlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin təqdim edilməsi, eləcə də ucuz maliyyə resurslarına çıxışın təmin olunması məqsədilə likvidlik dəstəyi göstərən dövlət agenti kimi fəaliyyət göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.