Home » İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

by bbnadm
0 comments 0 views 0 minutes read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşdığı məmnunluqla vurğulandı, vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, “ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd edilib.

Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirilib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.