Home » İlin ilk 5 ayında İKZF xətti ilə 200 milyon manat ipoteka krediti verilib

İlin ilk 5 ayında İKZF xətti ilə 200 milyon manat ipoteka krediti verilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat ipoteka krediti verilib.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.

Məlumata görə, hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin həcmi də azalıb. Belə ki, bu göstərici illik müqayisədə 33,3 % azalaraq 100,4 milyon manat təşkil edib.

Bundan başqa, son bir ildə İKZF-nin istiqraz buraxılışı yolu ilə cəlb etdiyi vəsaitin həcmi 39,4 % azalaraq 200 milyon manata düşüb.

Eyni zamanda, Fonda dövlət büdcəsindən ayrılan vəsait dəyişməyərək 42,6 milyon manat səviyyəsində qalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.