Home » İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) yaradılmış İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası onlayn formatda keçirilib.

İclasda 2024-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər, o cümlədən sahə üzrə aktual hesab edilən yeni 12 milli standart layihə müzakirə edilib.

Süni intellektlə bağlı 3 standart RİNN-in, fərdi məlumatların idarə edilməsi ilə əlaqədar 1 standart Azərbaycan Standartlaşma İnstitutunun, rəqəmsal radio yayımına keçidlə bağlı 1 standart “Teleradio” İB-nin, digərləri isə İKTA-nın müraciətinə əsasən hazırlanıb.

Qeyd edək ki, cari il ərzində Texniki Komitə tərəfindən iki iclas keçirilib, İKT sahəsi üzrə nəzərdə tutulan 21 milli standart hazırlanıb, onlardan 9-u təsdiq edilib, qalan standartların mövcud qanunvericiliyə uyğun təsdiq edilməsi istiqamətində iş aparılır.

Bu il hazırlanması nəzərdə tutulan standartların sayı əvvəlki illərdən bir neçə dəfə çoxdur. Buna əsas səbəb Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında qarşıya qoyulan hədəflərə nail olmaqdır.

Cari ilin sonuna qədər Texniki Komitənin daha bir iclasının keçirilməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.