Home » İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası olub

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası olub

by anar
0 comment 0 views 1 minutes read

Müdafiə Nazirliyində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, iclasdan əvvəl Komissiyanın sədri, Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də Komissiyanın üzvləri Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Müdafiə Nazirliyində informasiya təhlükəsizliyi sahəsində görülmüş işlərlə tanışlıqdan sonra nazirin I müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Koordinasiya sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verib. I.Musayev nazirliyin orduda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Komissiyanın növbəti iclasının keçirilməsi üçün yaradılan şəraitə görə qurumun rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra Komissiya öncədən müəyyən olunmuş gündəliyə uyğun müzakirələrə başlayıb, informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə olunub. Komissiyaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verilib, müvafiq qərarlar qəbul olunub.

Komissiyanın gündəliyinə daxil edilən məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Zaur İsmayılov, Müdafiə nazirliyinin Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsinin rəisi Məmməd Eminov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquliyev rəy və təkliflərlə çıxış ediblər.

Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyini bildirib, informasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.