Home » ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı proqnozlarını bölüşüb

ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı proqnozlarını bölüşüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı yenilənmiş proqnozlarını dərc edib.

Qrupun analitiklərinin təxminlərinə əsasən, 2025-ci ildə inflyasiyanın illik səviyyəsi 5,5 faiz təşkil edəcək, 2026-cı ildə 5,4 faiz olacaq, 2027-ci ildə isə inflyasiyanın 8,9 faizə yüksələcəyi gözlənilir.

Rüblər üzrə bölgüyə əsasən, 2025-ci ildə aşağıdakı göstəricilərin qeydə alınacağı proqnozlaşdırılır: üçüncü rübdə inflyasiya 5%, dördüncü rübdə isə 5,3% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqust ayına nisbətən 104,9% olub. Bu göstərici ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə 106,6%, qeyri-ərzaq məhsulları üzrə 102,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 104,9% təşkil edib.

2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, yanvar-avqust ayları üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,6% səviyyəsində olub.

Mənbə: Trend.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.