Home » ING Group: Neftin ucuzlaşması Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına təzyiqi artırır

ING Group: Neftin ucuzlaşması Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına təzyiqi artırır

by yunus
0 comments 0 views 1 minutes read

Niderlandın aparıcı maliyyə qurumlarından biri olan ING Group neftin qiymətindəki son azalmaların enerji ixracatçısı ölkələr – Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına mümkün təsirlərini dəyərləndirib.

Bu barədə BBN.az ING-nin yaydığı analitik hesabatına istinadən xəbər verir.

Qurum qeyd edir ki, neft gəlirlərinin ixrac və büdcədə yüksək paya sahib olması bu ölkələri qiymət dəyişikliklərinə qarşı xüsusilə həssas edir. Məlumata görə, Azərbaycan ümumi ixrac gəlirlərinin təxminən 88%-ni, büdcə daxilolmalarının isə 52%-ni neftdən əldə edir. Müvafiq göstəricilər Qazaxıstan üçün isə 55% və 22%-dir.

Hesabatda bildirilir ki, neftin orta illik qiymətindəki hər 1 ABŞ dolları həcmində azalma Azərbaycan üçün ixrac gəlirlərində təxminən 300 milyon dollar, büdcə daxilolmalarında isə 150 milyon dollar azalma ilə nəticələnə bilər. Qazaxıstan üçün bu rəqəmlər müvafiq olaraq 550 milyon dollar və 150 milyon dollar təşkil edir.

ING Group əlavə edir ki, son yenilənmiş proqnoza görə, 2025-ci il üzrə neft qiymətləri gözləntiləri 5 dollar, 2026-cı il üzrə isə 11 dollar aşağı salınıb. Bu dəyişikliklərin Qazaxıstan üçün ÜDM-in 0,3-0,6 faiz bəndi həcmində cari hesab və büdcə kəsirinə səbəb olacağı, Azərbaycan üçün isə ümumi iqtisadiyyata 2%-lik mənfi təsir göstərəcəyi gözlənilir.

Bununla belə, Qazaxıstanın çevik məzənnə rejimi qiymət şoklarına nisbətən uyğunlaşma imkanı təqdim edir. Azərbaycan isə manatın ABŞ dollarına sabit bağlılığı səbəbindən daha məhdud manevr imkanlarına malikdir. ING bildirir ki, bu səbəbdən ölkədə 2020-ci ildən bəri ilk dəfə cari hesab kəsiri yarana bilər.

Lakin Azərbaycanın böyük həcmdə fiskal ehtiyatları neftin ucuzlaşmasından qaynaqlanan bu mənfi təsirləri qismən kompensasiya edə bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.