Home » İngiltərənin Mərkəzi Bankı faiz dərəcələrini 2008-ci ildən bu yana ən yüksək səviyyəyə qaldırdı

İngiltərənin Mərkəzi Bankı faiz dərəcələrini 2008-ci ildən bu yana ən yüksək səviyyəyə qaldırdı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İngiltərənin Mərkəzi Bankının (Bank of England) sentyabrın 22-də gözlənilən görüşü baş tutub və bank faiz dərəcələrini 1.75%-dən 2.25%-ə yüksəltmək ilə bağlı qərar qəbul edib. Bu isə son 14 ildə, yəni 2008-ci ildən – qlobal bank sisteminin tənəzzülündən bu yana alınan borcun daha bahalı olması deməkdir. 

BBN.az bu haqda BBC Business-ə istinadən xəbər verir.

Bu, bankın ardıcıl olaraq həyata keçirdiyi 7-ci faiz artımıdır və qiymətlərin yüksəlməsinin qarşısını almaq məqsədi daşıyır. 

Mərkəzi Bank daha əvvəlki proqnozunda bildirirdi ki, iqtisadiyyat iyul və sentyabr ayları ərzində inkişaf edəcək, ancaq indi isə bildirilir ki, 0.1% azalacaq. Hazırda bankın proqnozu budur ki, oktyabrda inflyasiyanın pik həddi 11%-dən aşağı olacaq, əvvəlki gözlənti isə 13% idi. 

Yeni qərar, həmçinin, ipoteka krediti olanlar üçün çətinlik yaradacaq, belə ki, indi onlar orta hesabla aya 50 funt sterlinq daha çox ödəməli olacaqlar. 

Bank xəbərdarlıq edir ki, İngiltərə artıq iqtisadi tənəzzül içində ola bilər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.