Home » İnkişaf etməkdə olan ölkələrin dövlət borcu varlı ölkələrinkindən iki dəfə sürətlə artır

İnkişaf etməkdə olan ölkələrin dövlət borcu varlı ölkələrinkindən iki dəfə sürətlə artır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Son illərdə inkişaf etməkdə olan ölkələrin dövlət borcunda sürətli artım qeydə alınıb. 2010–2024-cü illər ərzində inkişaf etmiş ölkələrdə borclanma 1,7 dəfə artaraq təxminən 28 trilyon dollar, inkişaf etməkdə olan ölkələrdə isə 3,7 dəfə artaraq 23 trilyon dollar təşkil edib.

Beləliklə, ümumi borclanmanın təxminən üçdə ikisi inkişaf etmiş ölkələrin payına düşür. 2024-cü ilin sonuna bu ölkələrin ümumi borcu 102 trilyon dollara çatıb. Bunun 70 trilyon dolları varlı ölkələrin, təxminən 32 trilyon dolları isə inkişaf etməkdə olan ölkələrin payına düşür.

Ekspertlər bildirirlər ki, borc səviyyəsinə qarşı yüksək həssaslıq inkişaf etməkdə olan ölkələrdə daha çox müşahidə olunur. Bunun əsas səbəbləri arasında dövlət gəlirlərinin, xüsusilə vergi gəlirlərinin məhdudluğu, iqtisadi inkişaf səviyyəsindəki fərqlər və maliyyə siyasətindəki prioritetlər göstərilir.

Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə borclanma əsasən mövcud infrastruktur və sosial rifah səviyyəsinin qorunmasına yönəlib. İnkişaf etməkdə olan ölkələrdə isə borclanma istehsal gücünün və institusional potensialın artırılmasına xidmət edir. Bu da borcun daha sürətli artımının “geridə qalmış inkişafın kompensasiyası” məqsədini daşıdığını göstərir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.