Amerikanın texnologiya şirkəti Intel, Nvidia kimi süni intellektə yatırdığı sərmayələrdən güclü gəlir ala bilmədiyi, xərcləri 10 milyard dollar azaltma qərarı və ikinci rüb maliyyə nəticələrinin gözləntilərdən aşağı olmasının ardından 15 min işçisini işdən çıxaracağını açıqladı.
BBN.az xəbər verir ki, Intel CEO-su Pat Gelsinger işçilərə yazdığı məktubda, “Gəlirlərimiz gözlənildiyi kimi artmadı və biz hələ də süni intellekt kimi güclü tendensiyalardan tam istifadə edə bilməmişik.Xərclərimiz çox yüksəkdir, marjamız isə çox aşağıdır.Həm maliyyə nəticələrimizi, həm də 2024-cü ilin ikinci yarısı üçün proqnozu nəzərə alaraq, hər ikisini həll etmək üçün daha cəsur qərarlar verməyə ehtiyacımız var.” deyə bildirdi.