Home » “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Şirvan şəhərində baş tutdu

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Şirvan şəhərində baş tutdu

by anar
0 comments 5 views 1 minutes read

5 iyun 2025-ci il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Şirvan Şəhər İcra Hakimiyyəti və investisiya şirkətlərinin iştirakı ilə Şirvan şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı imkanları, “CFI Financial Group”un sahibkarlıq subyektlərinin alternativ maliyyə cəlbi üsulları, “ABB-İnvest” İnvestisiya Şirkətinin qiymətli kağız buraxılışında anderraytinq xidməti və Unicaptal” investisiya şirkətinin kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca on beşinci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, QubaŞəki və Zaqatala şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.