4
“iPhone”lara və Apple TV+ kimi striminq platformasına tələbin hələ də yüksək olmasına rəğmən “Apple”ın satışları enir.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, texnologiya nəhəngi qeyd edib ki, sentyabrın 30-da başa çatan 3 ayda ötən ilin analoji dövrü ilə müqayisədə şirkətin mənfəəti 1% azalaraq 89.5 milyard dollara düşüb. “Apple”ın baş icraçı direktoru Tim Cook isə açıqlamasında qeyd edib ki, daha çoxunu hazırlamaq üçün hədsiz çalışırıq: “İnanırıq ki, bu rübdən sonra tələb-təklif balanasına nail olacağıq”, – deyə o, əlavə edib.