Home » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aşağıdakı vəzifələrə vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aşağıdakı vəzifələrə vakansiya elan edir

by ulviyya
0 comment 6 views 6 minutes read

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri

Vəzifə öhdəlikləri:

  1. iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
  2. monitorinq  və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
  3. monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində işləri həyata keçirmək;
  4. dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
  5. monitorinq və qiymətləndirmə ilə bağlı dövrü hesabatları hazırlamaq və təqdim etmək;
  6. monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq;
  7. Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsini təmin etmək;
  8. Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
  9. monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır).

Staja dair tələb: müvafiq sahədə  minimum 5  il  iş təcrübəsi.

Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. – yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması.

Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi

Vəzifə öhdəlikləri:

  1. iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
  2.  monitorinq  və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
  3. monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində təkliflər hazırlamaq;
  4. dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
  5. monitorinq və qiymətləndirmə ilə bağlı dövrü hesabatları hazırlamaq və təqdim etmək;
  6. monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq;
  7. Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
  8. monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası).

Staja dair tələb: müvafiq sahədə minimum 3  il  iş təcrübəsi.

Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. – yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).

Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçi

Vəzifə öhdəlikləri:

  1. monitorinq  və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq;
  2. monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
  3. monitorinqin aparılması alətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  4. monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  5.  sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə, iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
  6. icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
  7.  monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
  8. monitorinq və qiymətləndirmə şöbəsinə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
  9. Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək.

Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil.

Staja dair tələb: müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.

Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. – yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).

Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Vakansiya: Strateji planlaşdırma şöbəsi, baş məsləhətçi

Vəzifə öhdəlikləri:

  1. sosial-iqtisadi prosesləri təhlil edərək müvafiq proqnozlar hazırlamaq;
  2. strateji planlaşdırma işlərini təşkil etmək, o cümlədən, Mərkəzin strukturları ilə əməkdaşlıq əsasında strateji inkişaf planını, fəaliyyət planlarını və tədbirlər planını hazırlamaq;
  3. dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə, orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq;
  4. rəhbərliklə razılaşdırmaqla milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin perspektivləri barədə mətbuatda (televiziya, qəzetlər, saytlar və s.) çıxışlar etmək;
  5. mövcud vəziyyət və müvafiq beynəlxalq təcrübə əsasında, ölkənin iqtisadi potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, yerli və xarici investorların cəlb edilməsi istiqamətində təkliflər hazırlamaq;
  6. beynəlxalq reytinq təşkilatları tərəfindən hazırlanan aidiyyəti hesabatları təhlil etmək və  rəy bildirmək;
  7. qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
  8. aparılan iqtisadi islahatların nəticələrinə, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;
  9. iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək, onların əsasında strateji hədəfləri müəyyənləşdirmək;
  10. inkişaf və proqnozlaşdırma problemləri üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
  11. Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək.

Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır).

Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.

Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. – yüksək səviyyədə, statistik, ekonometrik və ya digər tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).

Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 21 aprel tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.